Finlandiya Prezidenti İsveç Baş naziri və Almaniya Kansleri ilə NATO-ya üzvlük məsələsini müzakirə edib

2023/01/sdf45-1673540371.jpg
Oxunub: 276     23:04     31 Yanvar 2023    
Finlandiya Prezidenti Sauli Niinistö İsveç Baş naziri Ulf Kristersson və Almaniya Kansleri Olaf Şoltsla danışıb.

Ordu.az xəbər verir ki, bu barədə Prezident Niinistö "Twitter"də bildirib.

"Həmkarlarla sıx təmaslar davam edir. Bu gün İsveç Baş naziri Kristersson ilə, axşam isə Kansler Şoltsla telefon əlaqəsi saxladım. Gündəlikdə olan mövzular NATO-ya üzvlük müraciətlərimizin vəziyyəti və Ukraynaya dəstək idi", - deyə Prezident Niinistö bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Finlandiya   İsveç   NATO  


Bizi "telegram"da izləyin