Aİ-nin Gürcüstandakı Monitorinq Missiyasına yeni rəhbər təyin edilib

2023/01/1675185829.jpg
Oxunub: 237     21:10     31 Yanvar 2023    
Avropa İttifaqının (Aİ) Gürcüstandakı Monitorinq Missiyasına (EUMM Georgia) yeni rəhbər təyin edilib.

Ordu.az xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, yunan diplomat Dimitrios Karabalis monitorinq missiyasının rəhbəri təyin edilib.

O hazırda Yunanıstan Respublikasının Xarici İşlər Nazirliyinin Rusiya, Ukrayna, Moldova, Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə direktorudur.

"EUMM Georgia"nın rəhbəri kimi onun mandatı 2023-cü il fevralın 1-dən dekabrın 14-dək davam edəcək.

O, bu postda polşalı diplomat Marek Szczygieli əvəz edəcək.

Karabalisin təyin edilməsi barədə qərarı Aİ Şurasının Siyasi və Təhlükəsizlik Komitəsi qəbul edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Gürcüstan  


Bizi "telegram"da izləyin