Ukrayna birinci mərhələdə Qərb ölkələrindən 120-140 tank qəbul edəcək

2023/01/dsf45-1674756096.jpg
Oxunub: 287     18:15     31 Yanvar 2023    
Ukrayna birinci mərhələdə Qərb ölkələrindən 120-140 tank qəbul edəcək.

Ordu.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba keçirdiyi brifinqdə deyib.

“Tank koalisiyasının hazırda 12 üzvü var. Mən deyə bilərəm ki, birinci dalğada Ukrayna silahlı qüvvələri 120-140 arası Qərb istehsalı tank qəbul edəcək: “Leopard 2”, “Challenger 2”, “M1 Abrams” və çox ümid edirik ki, “Leclerc", - Kuleba onlayn brifinqdə bildirib.

O əlavə edib ki, Ukrayna tank koalisiyasının genişləndirilməsi və koalisiya üzvlərinin töhfələrinin artırılması üzərində işləməyə davam edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Tank  


Bizi "telegram"da izləyin