Gələcəkdə Ermənistan da həyata keçirdiyimiz layihələrdə bizə qoşula bilər - Çavuşoğlu

2022/12/1672297722.jpg
Oxunub: 246     17:05     31 Yanvar 2023    
Gələcəkdə Ermənistan da həyata keçirdiyimiz layihələrdə bizə qoşula bilər.

Ordu.az-n məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalya Diplomatiya Forumunda çıxışı zamanı deyib.

O qeyd edib ki, üçtərəfli və dördtərəfli mexanizmlərlə bölgəmizdəki şəraitdən yararlanmağa çalışırıq.

"Türkiyə-Azərbaycan-Gürcüstan-İran üçtərəfli və dördtərəfli mexanizmləri regiona böyük üstünlük verəcək.

Şimal dəhlizi artıq bir alternativ olaraq qarşımızda olmadığına görə biz Transxəzər dəhlizindən istifadəni artırmağa çalışdıq. Gələcəkdə Ermənistan da həyata keçirdiyimiz layihələrdə bizə qoşula bilər. Orta Dəhliz gələcəkdə daha əhəmiyyətli olacaq", - deyə M.Çavuşoğlu əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Ermənistan  


Bizi "telegram"da izləyin