Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan “Gedib yolu bağlayanlarla birbaşa danışıq aparmırsınız” sözlərinə cavab verərkən deyib.
Rubinyan qeyd edib ki, 10 noyabr bəyanatına görə, Ermənistanın Laçın dəhlizində heç bir yurisdiksiya və ya nəzarət funksiyası yoxdur.
“Danışıqlar tərəflərin bu və ya digər situasiyaya nail olmaq üçün atılacaq qarşılıqlı addımlardan danışmasını nəzərdə tutur. Bizdə elə bir vəziyyət var ki, 10 noyabr bəyanatı artıq bunu müzakirə edib, Laçın dəhlizinin statusu, əməliyyat parametrləri 10 noyabr bəyanatı ilə təsbit edilib və təsdiqlənib. İndi təfərrüatlara varmıram, deyirəm ki, ətrafında danışıqlar aparılmalı olan şeylər artıq müzakirə olunub və nəticədə 10 noyabr bəyanatı qəbul edilib”, - deyə o bildirib.
Ermənistan parlamentinin sədr müavini iddia edib ki, Ermənistanın guya Qarabağda qoşunları yoxdur, silah və mina daşımayıb.
Alpər Mövludoğlu
Ordu.az