Moskvada faşist Njdenin adını daşıyan rəqs qrupunun konserti qadağan edilib

2023/01/dfgdf-1675173718.jpg
Oxunub: 370     22:21     31 Yanvar 2023    
“Yenə gəldim ki, bu gün Moskvada fəaliyyət göstərən “Njde” (erməni faşist – red.) erməni ənənəvi rəqs qrupunun “Mənim adım mübarizədir” adlı konsertinə qadağa qoyulduğunu deyim”.

Ordu.az xəbər verir ki, bunu “Karin” təhsil və mədəniyyət ictimai təşkilatının sədri, Ermənistanın əməkdar mədəniyyət xadimi Qaqik Qinosyan öz “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, bir neçə gün əvvəl qrupun adı ilə bağlı qruplar hay-küy salıb.

“Bu gün erməni ordusu bayramına həsr olunmuş konserti qadağan etmək üçün daha bəhanə tapmayaraq, qadağanı əsaslandıra bilməyərək dəli bir yola getdilər, konsert zalında bomba olduğunu bildirdilər. Moskvanın qış şaxtasında “Njde” qrupunun üzvlərini bir neçə saat dondurduqdan sonra, nəhayət, konsertin qeyri-mümkün olduğu elan edildi”, - deyə Qinosyan qeyd edib.

“ArmRoss” erməni-rus hüquqşünaslar assosiasiyasının sədri, erməni hüquqşünas Ruben Kirakosyanın sözlərinə görə, zalın müdirinə elan gəlib ki, zalda bomba qoyulub.

O bildirib ki, bu, konsertin baş tutmaması üçün edilib.

“Zala baxış başa çatana qədər insanlar 5 saat küçədə, qar altında, soyuq havada saxlanılıb. Axşam saat 22:00-a kimi gözləyənlər var idi. Şikayət hazırladıq ki, şəhər prokurorluğuna təhvil versinlər, polisin insanlara qarşı nalayiq münasibəti var”, - deyə Kirakosyan qeyd edib.

Kirakosyan əlavə edib ki, bu, açıq-aydın siyasi məsələ idi, mədəniyyət məsələsi deyildi.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Moskva   Konsert  


Bizi "telegram"da izləyin