Erməni hərbi qulluqçunun atası: “Suren Papikyan cavab versin, uşağımı orduya vermişəm, sən nazirsən”

2023/01/29955-1675173634.jpg
Oxunub: 256     17:58     01 Fevral 2023    
Erməni hərbi qulluqçu Palyan Poğosyanın ölümündən 4 ay keçsə də , Ermənistan müdafiə naziri Suren Papikyan yeganə oğlunu itirən valideynlərlə hələ görüşməyib.

Ordu.az xəbər verir ki, Palyan Poğosyan 2022-ci il iyulun 26-da Qarakilsə istiqmaətində yerləşən döyüş mövqelərində iyulun 17-də aldığı yanıq xəsarətləri nəticəsində ölüb.

Hadisədən təxminən 4 ay sonra Palyanın valideynləri Suren Papikyanla görüşüb oğullarının necə öldüyünü anlamağa çalışıblar.

Erməni hərbi qulluqçunun atası Civan Poğosyan dövlətin və xüsusən də Müdafiə Nazirliyinin münasibətindən narazıdır. Onlara bildirirlər ki, Suren Papikyanın ölmüş erməni hərbi qulluqçunun ailəsini dinləməyə 5 dəqiqə belə vaxtı yoxdur.

“Mən artıq Suren Papikyan ilə görüşmək istəmirəm, Nikol Paşinyanla görüşmək istəyirəm. Söz tapa bilmirəm, uşağım 5 aydır yoxdur, valideynlərin sualına cavab verməyə 5 dəqiqə vaxt ayırmır. Mənim üçün, ailəm üçün hər gün bir ildir. Daha söz tapa bilmirəm, ailəmi alt-üst etdilər. Mən onların laqeydliyini, qeyri-insaniliyini, həm tibb işçilərinin, həm də Müdafiə Nazirliyinin əməkdaşlarının biganəliyini öz gözlərimlə görmüşəm. Daha Papikyanla görüşmək istəmirəm, Paşinyanla görüşmək istəyirəm, ona suallarım var. Sözlərim eşidilsin, mənimlə görüşsünlər, cavab istəyirəm. Suren Papikyan cavab versin, uşağımı orduya vermişəm, sən nazirsən. Hər kəs, o cümlədən komandirlər cavab verməlidir, əks halda hər ifrat addım atacam”, - deyə erməni hərbi qulluqçunun atası bildirib.

Erməni valideynlər deyiblər ki, övladlarını Qarakilsə xəstəxanasına gec çatdırıblar, sonra isə onu İrəvan xəstəxanasına aparıblar.

“İlkin tibbi yardım göstərildiyinə şübhə edirik. İlkin tibbi yardım ləvazimatları olmayıb”, - deyə o qeyd ediblər.

Hadisədən aylar keçsə də, yanğının hansı şəraitdə baş verdiyi, xəsarət alan erməni hərbi qulluqçuya niyə vaxtında ilkin tibbi yardım göstərilmədiyi və ya bir neçə saat sonra xəstəxanaya aparıldığı valideynlərə məlum deyil. Bu və bir sıra suallar onlar üçün cavabsız qalır. Faktla bağlı cinayət işi başlansa da, heç bir izahat verilməyib. Bu aylarda nöqsanla bağlı kiminsə cavabdeh olub-olmaması da məlum deyil.

Ermənistan müdafiə naziri Suren Papikyanın əvəzinə onun müavini Arman Sarkisyan 1 ay yarım əvvəl erməni hərbi qulluqçunun ailəsi ilə görüşüb. Erməni nazir müavini Poğosyanların evinə getməyi belə lazım bilməyib, valideynləri nazirliyə çağırıblar.

Civan Poğosyan bildirib ki, nazir müavini ilə görüş heç bir nəticə verməyib, onların sualları cavabsız qalıb.

“İnsan Haqları Uğrunda Jurnalistlər” ictimai təşkilatı cinayətlə bağlı məlumat almaq üçün Ermənistan İstintaq Komitəsinə, eləcə də Müdafiə Nazirliyinə Suren Papikyanın Poğosyanlarla niyə görüşmədiyini aydınlaşdırmaq məqsədilə müraciət edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Papikyan  


Bizi "telegram"da izləyin