Ermənistanın Aİ ilə “əməkdaşlığı” nə dərəcə səmimidir?

2022/12/1671005776.jpg
Oxunub: 316     22:04     31 Yanvar 2023    
Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidəçi missiyası əlaqədar qərarla bağlı bir çox müzakirələr aparılıb. Aİ müşahidəçilərinin iştirakı ilə Rusiyada Ermənistana qarşı çağırışlar güclənir. Moskva müxtəlif səviyyələrdə Ermənistana narazılığını bildirib.

Ermənistanın Rusiyaya qarşı getməsi və buna görə cəzalandırılması mümkündür. İrəvanda ekpertlər iddia edir ki, Ermənistan Rusiyanın əleyhinə getmir, Ermənistan digər “tərəfdaşlarla”, o cümlədən Avropa İttifaqı ilə Rusiyanın imkanlarının əhəmiyyətli dərəcədə azalması nəticəsində yaranmış boşluqları doldurmağa çalışır.

Ancaq Rusiya buna inanırmı? Rusiya bunu qəbul edirsə, deməli Cənubi Qafqazda zəiflədiyini də qəbul edir.

Region ölkələrinin Qərb dairəsindəki oyunçularla işləməyə ehtiyacı olduğu və işləməyə çalışması məntiqlidir. Ancaq Rusiyaya sanksiyalardan yayınmağa kömək edən və Moskvanın rəhbərlik etdiyi hərbi və iqtisadi-siyasi qurumlara üzv olan Ermənistanın Aİ ilə “əməkdaşlığı” nə dərəcə səmimidir?

Aqil Məmmədov  
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya    


Bizi "telegram"da izləyin