Misirdən Ermənistana vasitəçilik təklifi havadan asılı qaldı

2022/06/1656586858.jpg
Oxunub: 466     18:55     31 Yanvar 2023    
Misir prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycandan sonra Ermənistana səfər edib və burada Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb. Paşinyan görüşdən sonra deyib: “Mən dedim ki, sizin qeyd etdiyiniz iqtisadi əməkdaşlığın inkişafı imkanlarını biz minnətdarlıqla qəbul edirik və bu gündəliyi həyata keçirmək üçün mütləq hər şeyi edəcəyik”.

Onun bəyanatı belə bir sual doğurur ki, Misir prezidenti ilk səfərində Ermənistana nə təklif edib ki, Paşinyan bu təklifə görə təşəkkür etməyi zəruri hesab edib?

Misir Prezidenti ölkəsinin istər turizm, istər rabitə, istərsə də elektrik enerjisi sahəsində müxtəlif istiqamətlərdə iqtisadi əlaqələri dərinləşdirməyə hazır olduğundan danışıb. Lakin təklifə görə təşəkkürün bildirilməsi halı onun nə formal xarakter daşıdığını, nə də Paşinyanla Sisi arasında söhbət zamanı baş verən müntəzəm söhbət olduğunu düşünməyə əsas verir.

“Cənab Baş nazir, onu da deyim ki, müzakirələrimizin aparıldığı bütün məqamlar qısa müddət ərzində əməli addımlara çevrilməlidir və bunu dövlətlərimizin hökumətlərinin fəaliyyəti nümayiş etdirməlidir. Hökumətlərarası komissiyanın iclasları mümkün qədər tez və yaxın vaxtlarda çağırıla bilər”, - deyə Misir prezidenti bildirib. B

Sisi əvvəlcə Azərbaycanda olub, buradan İrəvana gəlib. Üstəlik, onun Gürcüstana səfər etməməsi, yanvarın 29-da Qahirəyə qayıtması, orada Fələstin-İsrail münaqişəsinin qarşısını almaq üçün bölgəyə səfər edən Yaxın Şərq regionuna gələn ABŞ dövlət katibi Blinkenlə görüşməsi diqqət çəkir. Blinken Qahirədən sonra İsrailə və İordan çayının qərb sahilinə səfər edib. Bu o deməkdir ki, Qahirə vəziyyətə nəzarət etmək üçün vasitəçi ölkə kimi qəbul olunur.

Maraqlı bir vəziyyət isə Ermənistan prezidenti Vahaqn Xaçaturyanın Misir prezidenti ilə görüşündən sonra olub. Xaçaturyan belə bir çıxış edib: “Heç kimə sirr deyil ki, Misir öz regionunda super gücdür və o da məlumdur ki, missiyalarda vasitəçilikdə böyük təcrübəyə malikdir və ən əsası sülh ideologiyasını həyata keçirir. Qonşuları ilə dinc yaşamaq ideologiyasına malik ölkədir. Bu mənada biz bir-birimizə çox oxşayırıq”.

Misir prezidenti isə buna cavab olaraq deyib: “Sizinlə təkbətək söhbətim zamanı qeyd etdim ki, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı bizim neytral mövqedən çıxış edirik və bu mənada bizim vasitəçiliyimizi qəbul edirsinizsə və bizim vasitəçilik etməyimizi və ya belə bir rolu öz üzərinə götürməyimizi istəyirsinizsə, o zaman biz hazırıq”.

İrəvan Misirə Ermənistanla Azərbaycan arasında vasitəçi olmaq üçün formal və ya substantiv təklif edibmi? Və ümumiyyətlə bu vasitəçilik mümkündürmü?

Aqil Məmmədov  
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Misir   Ermənistan  


Bizi "telegram"da izləyin