Britaniya XİN rəhbəri Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı başsağlığı verib

2022/09/1662613470.jpg
Oxunub: 324     17:36     31 Yanvar 2023    
Böyük Britaniya parlamentində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum müzakirə edilib.

Ordu.az xəbər verir ki, u barədə APA-ya açıqlamasında Milli Məclisin Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov məlumat verib.

Müzakirələr zamanı Britaniya xarici işlər naziri Ceyms Kleverli deputat Bob Bləkmənin sualını cavablandırıb. Ceyms Kleverli hücumla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinə başsağlığı verib.

O bildirib ki, bu yaxınlarda Böyük Britaniyanın İrandakı səfiri ilə səfirlik əməkdaşlarının təhlükəsizlik məsələsini müzakirə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   İran  


Bizi "telegram"da izləyin