Bakıda İran şəbəkəsinə qarşı əməliyyat keçirilib, saxlanılanlar var

2023/01/38836-1675163932.jpg
Oxunub: 420     15:15     31 Yanvar 2023    
Daxili İşlər Nazirliyi (DİN) tərəfindən Bakıda İranın casus şəbəkəsinə qarşı xüsusi əməliyyat keçirilib.

Ordu.az xəbər verir ki, əməliyyat çərçivəsində"SalamNews" informasiya agentliyi və “İnteraz” telekanalında əməliyyat keçirilib, 7 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilən xüsusi əməliyyat tədbirləri nəticəsində Bakıda və respublikanın digər bölgələrində 7 nəfər – A. T. Kərimov, E. A. Rəhimov, İ. Ə. Ələkbərov, M. N. Cəfərov, H. H. Cabbarlı, F. S. Əbdülov və A. Ə. Cümşüdov şübhəli şəxs qismində tutulublar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Polis  


Bizi "telegram"da izləyin