“Qərb faşist Rusiyasını regiondan qovmağa çalışır” - Ohancanyan

2022/09/ghj7g-1662802181.jpg
Oxunub: 322     17:11     31 Yanvar 2023    
“Ruben Vardanyanın hansı məqsəd güddüyünü bilmirəm. Aydın məsələdir ki, həm Rusiya, həm ABŞ, həm də Fransa Avropa İttifaqı adından ATƏT-in Minsk qrupunun həmsədr ölkələri kimi Qarabağ probleminin həlli ilə bağlı müxtəlif gündəliyə malikdirlər”.

Ordu.az xəbər verir ki, bunu “Helsinki təşəbbüsü-92” Qarabağ komitəsinin koordinatoru, ermən ictimai xadim Karen Ohancanyan deyib.

Onun sözlərinə görə, ABŞ və Fransa Qarabağdakı rus işğalçı qüvvələrinin avtoritar idarəçiliyindən getdikcə daha çox narahat olurlar, ona görə də bu gün Rusiyadan daha güclü və tez-tez çağırışlar gəlir.

“Bundan əlavə, ABŞ-ın və bütün Qərbin Cənubi Qafqaz regionunda, xüsusən də Ermənistan və Qarabağa münasibətdə maraqları Rusiyanın, İranın maraqlarından köklü şəkildə fərqlənir. Ona görə də Qərb faşist Rusiyasını regiondan qovmağa çalışır. ATƏT-in Minsk qrupu hekayəsi Qərblə Rusiyanın maraqlarının toqquşmasının bariz nümunəsidir. Amma əminəm ki, bu gün həm Qərb, həm də Rusiya Qarabağ böhranının həllində konstruktivlik nümayiş etdirə bilərdilər ki, bu da Qərblə Rusiya arasında kəsilmiş dialoq və problemin həlli istiqamətində müsbət iş təcrübəsi üçün platforma ola bilər. Qarabağ münaqişəsi Ukrayna böhranında konstruktiv dialoq üçün əsas ola bilər, - deyə Ohancanyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Qarabağ   ATƏT  


Bizi "telegram"da izləyin