Ordu.az xəbər verir ki, bunu İrəvan Mətbuat Klubunun sədri Boris Navasardyan deyib.
Onun sözlərinə görə, Rusiyanın səyləri həm təhdid, həm də inandırma cəhdlərini nəzərdə tutur.
“Rusiya üçün pis xəbərdir ki, Qərb bizim regionda fəallaşır. Azərbaycanın üstünlükləri başa düşüləndir, rus platformasında dil tapmağın asan olduğuna əmin olublar. Rusiyanın əsas vasitəçi olacağı bütün kontekstlərdə Azərbaycan öz ssenarisini həyata keçirə biləcək. Bakı ilə danışmadan məsələlərimizi həll etməyimizə Qərbin təzyiqi bəs etmir”, - deyə Navasardyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az