BQXK-nin avtomobilləri Laçından Xankəndi istiqamətinə keçib - YENİLƏNİB

2023/01/w_161-1675142232.jpg
Oxunub: 353     14:58     31 Yanvar 2023    
Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus 4 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

Ordu.az xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, bir yük və 3 minik avtomobili Laçından Xankəndi istiqamətinə keçib.

Avtomobillərin içərisində erməniəsilli şəxslər olub.

Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.

Bununla da gün ərzində Xankəndi-Laçın yolunda hər iki istiqamətdə maneəsiz hərəkət edən BQXK-ya məxsus avtomobillərin sayı 8-ə çatıb.

***
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan mülki bu avtomobillərin sərbəst keçidi davam edir.

Ordu.az xəbər verir ki, Xankəndidən gələn Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus üç minik, bir yük maşını aksiya keçirilən ərazidən Laçın istiqamətinə maneəsiz keçid edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BQXK   Aksiya  


Bizi "telegram"da izləyin