Azərbaycan Prezidenti: "Macarıstanla əlaqələrimizin ən böyük dəyəri qarşılıqlı etimad və birgə fəaliyyətdir"

2023/01/1675100724.jpg
Oxunub: 2160     21:20     30 Yanvar 2023    
"Macarıstanla əlaqələrimizin ən böyük dəyəri qarşılıqlı etimad və birgə fəaliyyətdir. Əziz dostum (Viktor Orban-red.) dediyi kimi, biz enerji dostları deyilik, biz əsl dostlarıq".

Ordu.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Budapeştdə onun şərəfinə verilən rəsmi naharda bildirib.

İlham Əliyev deyib ki, son bir il ərzində Azərbaycana enerji resurslarının təchizatı ilə bağlı 10-dan çox ölkədən sifarişlər gəlib, xahişlər edilib: "Deyə bilərəm ki, bütün bu təkliflər indi müzakirə edilir və qərarlar sonra qəbul ediləcək".

“Macarıstanla Azərbaycan arasında təbii qaz sahəsində əməkdaşlığa dair bu gün imzalanmış sənəd deyə bilərəm ki, cəmi üç gün ərzində hazırlanmışdır və bu gün imzalanmışdır. Yəni, üç gün, özü də bu, “weekend” günləri idi. Amma o yetərli oldu ki, biz çox önəmli strateji addımı bu gün ataq və öz imzamızı qoyaq. Bu, bir daha əlaqələrimizin nə qədər səmimi olmasından xəbər verir. Əlaqələrimizin ən böyük dəyəri məhz budur - qarşılıqlı etimad, qarşılıqlı hörmət və qarşılıqlı maraqlar üzərində birgə fəaliyyətimiz”, - dövlət başçısı vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Macarıstan  


Bizi "telegram"da izləyin