Ordu.az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.
Qeyd olunub ki, Birləşmiş Millətlər Təşkilatının Baş katibinin hesabatlarında ŞKTR-nın iki dövlər prinsipi əsasında mövqeyi yer almayaraq, reallıqla əlaqəsi olmayan uğursuz olan həll yolları üzərində israr edilir.
Əlavə olaraq, BMT Sülhməramlı Qüvvələrinin mandatının uzadılmasına dair ŞKTR-dən icazənin alınmadığı da vurğulanıb.
“Bunun BMT-nin formalaşmış təcrübələrinə zidd olduğu dəfələrlə qeyd olunub. BMT Sülhməramlı Qüvvələrinin qanuni əsaslarla ŞKTR ərazisində fəaliyyətini davam etdirməsi vacibdir. Bununla bağlı ŞKTR səlahiyyətliləri tərəfindən atılacaq addımları tam dəstəkləyəcəyik. Kiprdə ədalətli və qalıcı həll yolunu açacaq ortaq zəmin, ərazidəki reallıqlara əsaslanmalıdır. Bu kontekstdə biz Təhlükəsizlik Şurasını və beynəlxalq ictimaiyyəti Kipr türk xalqının suveren bərabərliyini və bərabər beynəlxalq statusunu tanımağa və adada iki ayrı xalq və iki ayrı dövlət olduğunu əsas alaraq ŞKTR-nı tanımağa çağırırıq”, - deyə Nazirliyin bəyanatında deyilir.
Ordu.az