İlham Əliyev: "Qarabağ bölgəsində yenidənqurma işlərində macar şirkətlərini görməyi ümid edirik"

2023/01/1675092609.jpg
Oxunub: 330     19:27     30 Yanvar 2023    
"Biz Qarabağ bölgəsində yenidənqurma işlərində macar şirkətlərini görməyi ümid edirik".

Ordu.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Budapeştdə Macarıstanın Baş naziri Viktor Orban ilə geniş tərkibdə görüşdə deyib.

"Bu gün, biz cənab Baş nazirlə bu və digər məsələləri müzakirə etdik. Mən, həmçinin fürsətdən istifadə edərək, cənab Baş nazir, Sizə münasib vaxtda Sizi Azərbaycana səfərə və fəal dialoqumuzu davam etdirməyə dəvət edirəm. Qonaqpərvərliyə görə bir daha minnətdaram", - Prezident qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İlham-Əliyev   Macarıstan  


Bizi "telegram"da izləyin