Sunakın ofisi ABŞ generalının Britaniya ordusu barədə sözlərinə münasibət bildirib

2022/10/image-1667034871.jpg
Oxunub: 336     18:50     30 Yanvar 2023    
Baş nazir Rişi Sunak Britaniya ordusunun ən yüksək səviyyəli döyüş gücünə malik olduğuna inanır.

Ordu.az xəbər verir ki, bunu Britaniya Baş nazirinin sözçüsü jurnalistlərə açıqlamasında deyib.

Qeyd edək ki, dünən ABŞ generallarından biri Böyük Britaniya Silahlı Qüvvələrinin artıq yüksək səviyyəli döyüş qüvvəsi kimi qəbul edilmədiyini bildirmişdi.

Bu barədə xəbər verən “Sky News“ kanalı qeyd edib ki, general Britaniyanın hərbi qabiliyyətinin bərpa edilməli olduğunu da qeyd edib.

Bu barədə jurnalistlərin açıqlamasını cavablandıran Baş nazirin sözçüsü bildirib ki, Rişi Sunak, ABŞ generalının xəbərdarlığına baxmayaraq, Britaniya ordusunun ən yüksək səviyyəli döyüş gücünə malik olduğuna inanır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Britaniya   Sunak  


Bizi "telegram"da izləyin