ABŞ İranı nüvə sazişi üzrə birbaşa danışıqlara çağırıb

2021/10/610c9-1634186356.jpg
Oxunub: 198     18:35     30 Yanvar 2023    
ABŞ Qətər vasitəsilə Tehranı nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) vasitəçilər olmadan bərpası üçün danışıqlar aparmağa çağırıb.

Ordu.az "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının Atom Enerjisi Komitəsinin rəhbəri Sara Fəllahi deyib.

“Həm ABŞ-ın keçmiş prezidenti Donald Trampın, həm də Cozef Baydenin dövründə onlar İranla birbaşa danışıqlara can atırlar, yəni ikitərəfli əsasda həll yolunu istəyirlər”, - Fəllahi qeyd edib.

Onun sözlərinə görə, danışıqlardan əvvəl ABŞ ilk növbədə İranın bütün şərtlərini yerinə yetirməlidir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin