Prezidentin köməkçisi: "Səfirliyimizdə törədilən terror dövlətimizə qarşı bir qəsddir"

2023/01/1675090811.jpg
Oxunub: 193     18:11     30 Yanvar 2023    
"İranda səfirliyimizdə törədilən terror dövlətimizə qarşı bir qəsddir və Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq".

Ordu.az xəbər verir ki, bunu "Report"un sualına cavabında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev deyib.

Onun sözlərinə görə, İranda Azərbaycan səfirliyində baş verən terrorla bağlı artıq hər kəs məlumatlıdır:

"Sözsüz ki, məsələ tam aydınlaşdırılmalıdır. Hadisədən zərər çəkmiş bütün vətəndaşlarımız dövlətin nəzarətindədir. Hesab edirəm ki, dünya onların (İranın - red.) əcaib işlərinə qiymət verirlər, törədilmiş qəsdi pisləyirklər".

"Məsələni tam aydınlaşdırmaq üçün müəyyən qədər vaxt lazımdır. Hazırda dövlətimiz tərəfindən bu hadisə ciddi araşdırılır" -, M. Əliyev vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin