Ordu.az xəbər verir ki, 64 ölüm hadisəsinin səbəbləri bunlardır: sağlamlıq problemləri - 17 hadisə, avtomobil qəzası - 17 hadisə, atəşkəs rejiminin pozulması - 14 hadisə, intihar - 6 hadisə, qətl hadisəsi - 2-si qəsdən olmaqla 6 hadisə, silahdan istifadə qaydasının pozulması - 1 hadisə, naməlum şəraitdə - 1 hadisə, döyüş xidməti qaydalarının pozulması - 2 hadisə, bədbəxt hadisə: 2 hadisə (yanğın nəticəsində yanma, elektrik cərəyanı, suda boğulma), silah, döyüş sursatı, təhlükəli maddələrlə davranış qaydalarının pozulması - 1 hadisə , mina partlayışı - 1 hadisə.
Qeyd olunur ki, 2022-ci ildə ölən 64 hərbi qulluqçudan yalnız 30-u (47%) haqqında rəsmi, 4-ü (6%) barədə yalnız kütləvi informasiya vasitələri vasitəsilə məlumat verilib, 3 (5%) hadisə ilə bağlı mətbuatda yayılan məlumat Müdafiə Nazirliyi və Baş Prokurorluq tərəfindən təsdiqlənsə də, heç vaxt məsələ ilə bağlı rəsmi məlumat yayılmayıb. Digər 27 (42%) hadisə isə ümumiyyətlə bildirilməyib.
“Ədalətli Ermənistan” partiyasının sədri, erməni hüquqşünas Norayr Norikyan bildirib ki, dinc şəraitdə ölümlə nəticələnən istənilən hadisə narahatlıq doğurur.
“Heç bir dövlətin ordusunda belə halların olmayacağına zəmanət verilmir, amma bizdə azalma var, yoxsa yox? İkincisi, hər bir ölüm hadisəsində bütöv bir ailənin faciəsi olduğunu nə qədər qələmə almağa çalışsaq da, anlamalıyıq ki, Müdafiə Nazirliyi, hərbi polis, hüquq-mühafizə orqanları, ictimaiyyət hansı təhlillər aparır, nə edir? Gələcəkdə belə halları istisna etmək üçün hansı dərslər çıxarılır? Bizdə bu olana qədər hər il belə faciələr yaşayacağıq. Yəni belə halların istisna olunması üçün nələr edilir? Sizi inandırıram ki, Müdafiə Nazirliyi rəqəmləri əvvəlki illərin statistik məlumatları ilə müqayisə edəcək və azalma qeydə alınarsa, deyəcəklər ki, bu rəqəmlər normaldır, müsbətdir”, - deyə o qeyd edib.
Norikyan qeyd edib ki, Ermənistan ordusunda subyektivizm sıfıra endirilməli, qanundan kənar münasibətlər, intihar halları istisna edilməlidir.
Alpər Mövludoğlu
Ordu.az