“Xilas etməyə nə qaldığını başa düşmək üçün siyasi cəsarət, mənəviyyat yoxdur” - Raffi Hovhannisyan

2022/12/big_1-1671781558.jpg
Oxunub: 353     20:51     30 Yanvar 2023    
“Ağkilsə kəndindəki kazarmada yanğına görə Baş nazir və onun ətrafındakılar məsuliyyət daşıyır”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Aranqutyun” partiyasının lideri Raffi Hovhannisyan “Yerablur” hərbi panteonunda jurnalistlərlə söhbətində deyib.

“O adamın adı var, o adam ali baş komandan vəzifəsini icra edir, Baş nazir vəzifəsini icra edir, ondan aşağıda bir vaxtlar müəllim işləyən, indi bu dəhşətli faciənin sözçüsü, üzrxahlığı, daşıyıcısı olan bir şəxs var. Nə desələr də, bu məsuliyyət onlarındır. Onların yanında hər şeyin necə dəyişdiyini başa düşən biri yoxdur? Xilas etməyə nə qaldığını, heç olmasa bir az ümid vermək, özümüzü, ordumuzu bərpa etmək məsələsində nə tələb olunduğunu başa düşmək üçün siyasi cəsarət, mənəviyyat yoxdur. Rəqib dəyişməyəcək, Göyçəyə, dedikləri anklavlara, şimal-cənubdan gələcək, küçələrimiz onların əyləncə məkanına çevriləcək. Buna icazə verməyə haqqımız yoxdur”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ağkilsə   Ermənistan  


Bizi "telegram"da izləyin