Paşinyan hökuməti Sarkisyana qarşı ifadə verən şahidin 10 milyon ABŞ dollarlıq borcunu ödəyib?

2021/10/_1009-1633160405.jpg
Oxunub: 212     19:32     30 Yanvar 2023    
“Ermənistanın üçüncü prezidenti Serj Sarkisyana qarşı ifadə verən şahidin 10 milyon ABŞ dolları borcunu və kreditini dövlət ödəyib”.

Ordu.az xəbər verir ki, bunu müdafiəçisi erməni vəkil Amram Makinyan deyib.

“Nə baş verdiyi bəllidir: prokuror həqiqətin üzə çıxacağından qorxur. İş üzrə birinci şahidin dindirilməsindən məlum oldu ki, əslində nə baş verib”, - deyə o bildirib.

Makinyanın sözlərinə görə, iş üzrə şahidlərdən biri Sevan Köçəryan təqsirləndirilən şəxslərdən birinin adını ümumiyyətlə bilməsə də, ibtidai istintaq zamanı adını açıq-aydın yazıb.

“Bu, şahidin yönləndirildiyini göstərir. Prokurorun hiddətlənməsi, ayağa qalxması, suallarımızı verməmizə mane olması həqiqətin üzə çıxmasının qarşısını almaq məqsədi daşıyırdı”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin