Türkiyə “İstif” freqatlarının üçünü paralel inşa edəcək

2023/01/TCG-I-1675077004.jpg
Oxunub: 302     20:41     30 Yanvar 2023    
Türkiyə müdafiə sənayesi özəl sektor tərsanələrinin istehsal gücündən istifadə edərək eyni vaxtda 3 milli freqatı inşa edərək Dəniz Qüvvələri Komandanlığının ixtiyarına verəcək.

Ordu.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

MİLGEM “Ada” sinif korvetlərinin ikinci mərhələsinin davamı olan “İstif” freqatlarının birincisi olan “TCG İstanbul”un inşası davam edir. 6-cı, 7-ci və 8-ci gəmilər üçün işlər başlayır.

Müdafiə Sənayesi Komitəsinin sədri İsmail “Anadolu”, “Sedef, Sefine”, TAİS və STM şirkətlərinin əməkdaşlığı ilə üç “İstif” sinif freqat layihəsinin həyata keçirilməsinə qərar verildiyini bildirib. Hər üç gəmi paralel inşa ediləcək və eyni vaxtda Türkiyə ordusuna təhvil veriləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İstif   Türkiyə  


Bizi "telegram"da izləyin