Ordu.az xəbər verir ki, Mühafizəkar deputat Ellvud müqavilənin Hind-Sakit okean regionuna genişləndirilməsinin tərəfdarı olmaqla yanaşı, müdafiə sahəsində əməkdaşlığı koordinasiya etmək üçün NATO-ya bənzər bir qurumun yaradılmasını təklif edib.
“Skynews Australia” nəşri bildirir ki, bu bəyanat Avstraliyanın xarici işlər naziri Penni Vonq və müdafiə naziri Riçard Marlesin Britaniya və amerikalı həmkarları ilə gələn həftə keçiriləcək danışıqlardan əvvəl verilib.
ABŞ və Böyük Britaniyanın texnologiya transferi ilə Avstraliyaya nüvə enerjisi ilə işləyən sualtı donanma yaratmağa imkan verən müqavilə 16 sentyabr 2021-ci ildə imzalanıb. Razılaşmada Çinin adı çəkilməsə də, üç ölkənin “artan regional təhlükəsizlik narahatlıqlarına” vurğu etməsi əməkdaşlığın Pekinin bölgədəki hərbi gücünü balanslaşdırmağa yönəlmiş bir pakt olduğuna dair şərhlərə səbəb olub.
Çin razılaşmaya reaksiya göstərərək, ittifaqın regional sülh və sabitliyə, eləcə də nüvə silahlarının yayılmaması üçün həyata keçirilən beynəlxalq səylərə zərər verəcəyini bildirib.
Sevinc Əliyeva
Ordu.az