Ordu.az xəbər verir ki, bu barədə şirkətin baş direktoru Utku Alanç məlumat verib.
“Ares 32” gəmi ailəsinə daxil olan “Dagger” və “Predator” adlı yeni gəmi dizaynları Yaxın Şərq və Afrika ölkələrinin sorğuları əsasında hazırlanıb. Alanç müştərilərin adlarını açıqlamayıb.
“Dəniz sistemləri həllərimizdəki təcrübəmiz sayəsində “Ares 32” gəmiləri dəniz sahəsində yeni oyun dəyişdiriciləri kimi öz yerini tutacaq. ROKETSAN və bu yeni nəsil silah qayıqlarının birgəliyi ilə sənayedə formalaşmış təsəvvürləri dəyişəcəyik”, - deyə o qeyd edib.
32 metr uzunluğunda olan gəmilər yüksək manevr qabiliyyətinə malikdir. Yüksək sürəti və uzun məsafəsi sayəsində yeni dizayn edilmiş gəmilər müxtəlif elektro-optik sistemlər və silahlarla təchiz ediləcək.
Sevinc Əliyeva
Ordu.az