Ordu.az xəbər verir ki, bu barədə “Aviacionline” müdafiə sənayesi mediası məlumat yayıb.
İcarəyə veriləcək təyyarə ABŞ-ın Tennessi Hava Milli Qvardiyasının bazasından qalxaraq Argentinaya çatacaq. Təyyarənin yaxın aylarda Argentinaya çatacağı gözlənilir.
İcarəyə veriləcək C-130H hərbi nəqliyyat təyyarəsi Argentinadakı “El Palamor I” Briqadasının mövcud təyyarə parkına əlavə olunacaq. İcarə Argentina Milli Müdafiə Fondunun (FONDEF) resursları hesabına həyata keçiriləcək.
Sevinc Əliyeva
Ordu.az