Polşaya tezliklə K2 tanklarının ikinci partiyası təhvil veriləcək

2023/01/1675076204.jpg
Oxunub: 386     19:01     30 Yanvar 2023    
Cənubi Koreyanın Polşa üçün istehsal etdiyi K2 tanklarının ikinci partiyası nümayiş etdirilib.

Ordu.az xəbər verir ki, görüntülər Cənubi Koreya mətbuatında yayılıb.

Yayılan videoda 5 tank görünür. Polşa 1000 K2PL əsas döyüş tankı almağı planlaşdırır. 180 tank üçün ilk müqavilə 2022-ci ilin avqustunda imzalanıb. Tankların tezliklə Polşaya təhvil veriləcəyi bildirilir.

Polşa Cənubi Koreya ilə K2PL əsas döyüş tankı, K9 “Thunder” artilleriya qurğuları, FA-50PL təlii/yüngül hücum təyyarəsi üçün müqavilə imzalayıb. Polşa Koreyadan ümumilikdə 1000 ədəd K2PL tankı tədarük edəcək və bu tankların bir hissəsi 2026-cı ildən Polşada istehsal olunacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   Koreya  


Bizi "telegram"da izləyin