Fransa CN-235 hərbi nəqliyyat təyyarəsini modernləşdirəcək

2023/01/1675075800.jpg
Oxunub: 286     15:05     31 Yanvar 2023    
Fransada yerləşən “Sabena” və “Thales” konsorsiumu Fransa Hərbi Hava Qüvvələrinin 27 ədəd CN-235 hərbi nəqliyyat təyyarəsini modernləşdirəcək.

Ordu.az xəbər verir ki, müəssisə 2027-ci ildən etibarən modernləşdirilməyə başlayacağını açıqlayıb.

Konsorsium bu modernləşdirmə üçün Fransanın Silahlar üzrə Baş İdarəsi ilə müqavilə imzalayıb. Müqavilənin qiyməti barədə məlumat verilməyib. Modernləşdirmənin 2040-cı ildə başa çatdırılması gözlənilir.

“Thales” açıqlamasında bildirib ki, təyyarə taktiki və ümumi əməliyyatlar üçün imkanlarını əhəmiyyətli dərəcədə artırmağa imkan verən ən müasir avionika ilə təchiz ediləcək. Konsorsiuma rəhbərlik edən “Sabena Technics” şirkəti təyyarənin mexaniki və elektrik modifikasiyalarını həyata keçirəcək, avionika avadanlığını quraşdıracaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   CN-235  


Bizi "telegram"da izləyin