Ordu.az xarici KİV-ə istinadən xəbər verir ki, yaralılar arasında daha bir neçə nəfərin durumu ağır olaraq qalır.
***
Pakistanın Peşavar şəhərində yerləşən məsciddə baş verən partlayış nəticəsində ölənlərin sayı 95 nəfərə çatıb.
Ordu.az xəbər verir ki, yaralılar arasında daha bir neçə nəfərin durumu ağır olaraq qalır.
***
Pakistanın Peşavar şəhərində yerləşən məsciddə baş verən partlayış nəticəsində ölənlərin sayı 93 nəfərə çatıb.
Ordu.az xarici KİV-ə istinadən xəbər verir ki, yaralılar arasında daha bir neçə nəfərin durumu ağır olaraq qalır.
***
Pakistanın Peşavar şəhərində yerləşən məsciddə baş verən partlayış nəticəsində ölənlərin sayı 90 nəfərə çatıb.
Ordu.az xarici KİV-ə istinadən xəbər verir ki, 200-dən çox insan xəsarət alıb.
Bir neçə nəfərin durumu ağır olaraq qalır, yaralıların müalicəsi isə davam etdirilir.
Xatırladaq ki, yanvarın 30-da Pakistanın şimal-qərbində, Peşavar şəhərində yerləşən məsciddə terror aktı baş verib. Məlumata görə, polis və hərbçilər də daxil olmaqla insanların sıx olduğu məsciddə günorta namazı zamanı kamikadze partlayıcı qurğunu işə salıb.
Hadisə yerində xilasetmə əməliyyatı davam edir və qurbanların sayı arta bilər.
Terrora görə məsuliyyəti “Təhrik-e-Taliban Pakistan” terror təşkilatı öz üzərinə götürüb.
***
Pakistanın Pişəvər şəhərində məsciddə baş verən terror nəticəsində ölənlərin sayı 72-yə çatıb.
Ordu.az TV5 kanalına istinadla xəbər verir ki, terror hücumunda 150-dən çox insanın yaralanıb. Hadisə yerində xilasetmə əməliyyatı davam edir və qurbanların sayı arta bilər.
Terror aktına görə məsuliyyəti “Təhrik-e-Taliban Pakistan” təşkilatı üzərinə götürüb.
***
Pakistanın Pişəvər şəhərində məsciddə baş verən partlayış nəticəsində ölənlərin sayı 61 nəfərə çatıb.
Ordu.az-ın xəbərinə görə, bu barədə TV5 kanalı xəbər verib.
Televiziya 150 nəfərin yaralandığını bildirir. Hazırda xəstəxanalarda 60 nəfər müalicə alır.
***
Pakistanın Pişəvər şəhərində məsciddə baş verən partlayış nəticəsində ölənlərin sayı 59 nəfərə çatıb.
Ordu.az xəbər verir ki, bu barədə “Dawn” qəzeti xəbər verib.
Nəşr 157 nəfərin yaralandığını bildirir. qeyd edilir. Şəhər xəstəxanalarında fövqəladə vəziyyət elan edilib.
****
Pakistanın Pişəvər şəhərində məsciddə terror aktı zamanı ölənlərin sayı 44-ə çatıb.
Ordu.az GEO TV-yə istinadən xəbər verir ki, məscidin içində bombanın partladılması nəticəsində 157 nəfər xəsarət alıb.
****
Pakistanın Pişəvər şəhərində məsciddə terror aktı zamanı ölənlərin sayı 32-yə çatıb.
Ordu.az GEO TV-yə istinadən xəbər verir ki, məscidin içində bombanın partladılması nəticəsində azı 147 nəfər xəsarət alıb.
Ölü sayının artacağı istisna olunmur.
****
Pakistanın Pişəvər şəhərində məsciddə terror aktı zamanı ölənlərin sayı 28-ə çatıb.
Ordu.az bu barədə GEO TV-yə istinadən xəbər verir.
Partlayışda yaralananların sayının isə 150-yə çatdığı əlavə olunub.
****
Pakistanın Peşavar şəhərində məsciddə törədilən partlayış nəticəsində ölənlərin sayı 25, yaralıların sayı 120-yə çatıb.
Ordu.az xəbər verir ki, bu barədə yerli “Geo TV” telekanalı məlumat yayıb.
****
Pakistanın Peşavar şəhərində məsciddə törədilən partlayış nəticəsində 17 nəfər ölüb, 90-dan çox insan yaralanıb.
Ordu.az “Geo TV”yə istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.
****
Pakistanın Peşavar şəhərində məscidlərdən birində törədilən partlayış nəticəsində çoxunun vəziyyəti ağır olmaqla 70 nəfər yaralanıb.
Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə yerli polis idarəsinin məsul əməkdaşı Sikander Xan bildirib.
Onun sözlərinə görə, Pakistanın şimal-qərbində yerləşən Peşavar şəhərində namaz vaxtı məsciddə partlayış törədilib: “Partlayış nəticəsində binanın bir hissəsi çöküb. Dağıntılar altında adamlar qalıb”.
Peşavardakı “Lady Reading” hospitalının sözçüsü Mohammad Asim bildirib ki, yaralıların bəzilərinin vəziyyəti çox ağırdır.
Ordu.az