Azərbaycanın İrandakı səfirliyinə terror hücumu ilə bağlı xəbərlər "Twitter"də ən populyar olub

2023/01/ap223-1674939534.jpg
Oxunub: 4623     19:57     28 Yanvar 2023    
Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumla bağlı #iranianterror #Tehran #Azerbaijan həştəqləri "Twitter"də qlobal trenddə müvafiq olaraq 1-ci, 3-cü və 4-cü yerə yüksəlib.

Xatırladaq ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran  


Bizi "telegram"da izləyin