Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu zamanı şəhid olan mühafizə xidmətinin rəisi, baş leytenant Orxan Əsgərovun yas mərasimində iştirak ediblər.
Ordu.az xəbər verir ki, Ceyhun Bayramov və Hikmət Həsənov şəhidin ailəsinə Prezident İlham Əliyevin başsağlığı mesajını çatdırıblar.
Bildirilib ki, terror aktının araşdırılması birbaşa olaraq ölkə başçısının şəxsi nəzarətindədir.
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
İran
Səfirlik