NATO Azərbaycan səfirliyinə hücumu pisləyib

2022/10/d3826-1666089397.jpg
Oxunub: 6017     20:24     28 Yanvar 2023    
NATO Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumu pisləyib.

Ordu.az xəbər verir ki, bu barədə NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina tviterdə yazıb.

“NATO dünən Azərbaycanın İrandakı səfirliyinə bir səfirlik əməkdaşının ölümü və ikisinin yaralanması ilə nəticələnən hücumu pisləyir. Diplomatik nümayəndəliklərə qarşı zorakılıq hərəkətləri qəbuledilməzdir. Həlak olanların ailəsinə və Azərbaycan XİN-ə başsağlığı veririk”, - tvitdə bildirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Azərbacyan  


Bizi "telegram"da izləyin