Azərbaycanın ədliyyə naziri iranlı həmkarına müraciət ünvanlayıb

2023/01/9_in-1674915732.jpg
Oxunub: 6441     17:21     28 Yanvar 2023    
Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov İranın ədliyyə naziri Amin Hüseyin Rahimiyə müraciət ünvanlayıb.

Ordu.az xəbər verir ki, nazir Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumunu qınayıb.

F.Məmmədov ölümcül gücə malik avtomatik silahla törədilmiş, insan tələfatı və xəsarətləri ilə nəticələnən xain terror hücumunu qətiyyətlə pisləyib və bunun insanlıq və beynəlxalq hüquq normaları baxımından qəbuledilməzliyini qeyd edib.

Nazir İran tərəfinin sözügedən qanlı terror aktını törədənləri ədalət naminə ən qısa müddətdə layiqli cəzalandırılmasını təmin edəcəyinə və Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasından irəli gələn öhdəliklərini tam yerinə yetirəcəyinə inamını ifadə edib.

F.Məmmədov ümidvar olduğunu bildirib ki, iranlı həmkarı səlahiyyətləri çərçivəsində bu məsələdə səylərini əsirgəməyəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Terror  


Bizi "telegram"da izləyin