Türkmənistan XİN Azərbaycan səfirliyinə hücumu pisləyib

2021/07/60eb0-1626017107.jpg
Oxunub: 347     17:35     28 Yanvar 2023    
Türkmənistan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu pisləyib.

Ordu.az xəbər verir ki, bu barədə Türkmənistan XİN-in məlumatında deyilir.

“Türkmənistan diplomatik nümayəndəliklərə hücumların və diplomatik missiyaların əməkdaşlarına qarşı hər hansı zorakılığın yolverilməz olduğunu bəyan edir”, - məlumatda qeyd edilib.

Türkmənistan XİN həlak olanın ailəsinə başsağlığı verib, həmçinin Azərbaycanın İrandakı səfirliyinin xəsarət almış əməkdaşlarına şəfa diləyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkmənistan   İran  


Bizi "telegram"da izləyin