Çavuşoğlu Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı Tehrana çağırış edib

2023/01/71081-1674913827.jpg
Oxunub: 335     15:49     28 Yanvar 2023    
“Son vaxtlar Azərbaycanın diplomatik missiyalarına qarşı terror hücumları həyata keçirilir. Parisdə 2, Livanda 1 hücum olub”.

Ordu.az “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, həmin hücumları oradakı radikal erməni qrupları həyata keçirib: “Həmçinin Londonda da radikal bir qrup Azərbaycanın səfirliyinə hücum etdi. İndi də İranda belə hadisə baş verdi. Bu hücumlar araşdırılmalıdır. Xüsusilə İranla Azərbaycan arasında səmimi əməkdaşlıq mühiti formalaşmalıdır”.

M.Çavuşoğlu, həmçinin Tehrana çağırış edib: “Qonşumuz İrandan gözləntimiz bu terror hücumunun arxasında dayananlar və hadisənin səbəbləri barədə Azərbaycana məlumat verməsidir. Bu, vacibdir. İkinci bir tərəfdən, bu hücumu təşkil edən şəxs və ya şəxslər məsuliyyətə cəlb olunmalıdır. Hər zaman deyirik: Can Azərbaycan tək deyil”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   İran  


Bizi "telegram"da izləyin