Danimarka Ukraynaya verilən artilleriya qurğularının əvəzinə yenisini almaq üçün İsraillə danışıqlar aparır

2023/01/1212-1674903773.jpg
Oxunub: 450     16:14     28 Yanvar 2023    
Fransa istehsalı olan 19 ədəd “Sezar” özeyeriyən artilleriya qurğularının hamısını Ukraynaya verdikdən sonra Danimarka yaranan boşluğu aradan qaldırmaq üçün İsrailin “Elbit Systems” şirkətindən yeni silahlar almaq istəyir.

Ordu.az xəbər verir ki, bu barədə Danimarka Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Danimarka İsraildən ATMOS artilleriya qurğuları və PULS raket sistemləri almağı planlaşdırır. Hökumətin bildirdiyinə görə, silahlar bu il alına bilər.

ATMOS dəqiqədə 6 atəş edə və 8x8 təkər formullu əksər yolsuzluq maşınlarına quraşdırıla bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Danimarka   Ukrayna  


Bizi "telegram"da izləyin