Amerika Azərbaycanlıları Koordinasiya Şurası Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyib

2023/01/dfgfd-1674903535.jpg
Oxunub: 628     14:53     28 Yanvar 2023    
ABŞ-da fəaliyyət göstərən Amerika Azərbaycanlıları Koordinasiya Şurası ölkəmizin İrandakı səfirliyinə edilən xain terror hücumunu qətiyyətlə pisləyib.

Bu barədə Ordu.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Qeyd olunub ki, Azərbaycan icması adından beynəlxalq ictimaiyyətə ünvanlanan bəyanatda 27 yanvar 2023-cü il tarixində törədilən, Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinin təhülkəsizlik xidməti rəisinin qətli və iki əməkdaşının yaralanması ilə nəticələnən terror aktı, İranda heç bir diplomatik nümayəndəliyin, eləcə də heç bir insanın toxunulmazlığına zəmanətin olmaması ilə bağlı dərin narahatlıq ifadə edilib.

Azərbaycan əsilli amerikalılar İran xüsusi xidmət orqanlarının belə ağır cinayət əməlləri törətməsinin qarşısının alınması üçün hüquqi-siyasi müstəvidə təcili tədbirlər görülməsinin önəminə diqqəti cəlb ediblər.

İran İslam Respublikasının Azərbaycana münasibətdə Ermənistanla eyni mövqedən çıxış etməsini pisləyən soydaşlarımız ABŞ və beynəlxalq ictimaiyyəti regionda sülh və insanlıq əleyhinə yönələn cinayətlərə görə ədalətli mövqe tutmağa çağırıblar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Amerika-Azərbaycanlıları-Koordinasiya-Şurası  


Bizi "telegram"da izləyin