Rumıniya səfiri: "Diplomatik nümayəndəliyə hücum qəbuledilməzdir"

2023/01/dfgdf-1674900537.jpg
Oxunub: 282     14:01     28 Yanvar 2023    
Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare İranda Azərbaycan səfirliyinə qarşı edilən hücumu pisləyib.

Ordu.az xəbər verir ki, diplomat səfirliyə silahlı basqını qınayaraq bildirib: “Hücum nəticəsində mühafizə rəisinin həyatını itirməsi və daha iki zabitin yaralanması bizi şoka salıb. Diplomatik nümayəndəliyə hücum qəbuledilməzdir və buna haqq qazandırmaq olmaz. Dərin kədərimizi bildirir, həlak olanın ailəsinə dərin hüznlə başsağlığı verir, xəsarət alanlara isə tezliklə şəfa diləyirik”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rumıniya   Azərbaycan  


Bizi "telegram"da izləyin