Ordu.az xəbər verir ki, Türkiyənin Maniladakı səfiri Niyazi Evren Akyolun Filippin Dəniz Qüvvələrinə səfəri zamanı silah qüllələri görünüb.
FNSS ilə Filippin Müdafiə Nazirliyi arasında imzalanan və 2020-ci ilin avqust ayında rəsmi olaraq qüvvəyə minən müqavilə çərçivəsində şirkət tərəfindən Filippin Ordusuna stabilləşdirilmiş insanlı silah qülləsi istehsalı, inteqrasiya və logistik dəstək xidmətlərinin göstərilməsi qərara alınıb.
Səfər zamanı Filippinin Türkiyədən tədarük etdiyi T129 “Atak” helikopterləri və digər müdafiə sənayesi məhsulları da nümayiş etdirilib.
Kiçik ölçüləri və aşağı çəkisi kimi xüsusiyyətlərinə görə diqqət çəkən “Saber” 12,7 mm avtomatik silah sisteminə əlavə olaraq, SABER 7,62 mm pulemyota malikdir. Qüllədə pulemyot üçün 600 atışa hazır sursat var.
Sevinc Əliyeva
Ordu.az