Ordu.az xəbər verir ki, Braziliyanın yeni seçilmiş prezidenti Lula da Silva ilk xaricə səfərini Argentinaya edib.
Səfər çərçivəsində ikitərəfli münasibətlərin təkmilləşdirilməsi çərçivəsində yeni hərbi əməkdaşlığın inkişaf etdirilməsi razılaşdırılıb. Argentinanın müdafiə naziri Xorxe Taina danışıqlardan sonra bildirib ki, “Stryker”, “Guarani” və “Norinco” döyüş maşınları tanınmış məhsullardır. Ancaq hərbçilər bir çox cəhətdən üstün olan “Guarani”yə üstünlük verirlər.
“Guarani” proqramı 2007-ci ildə Braziliya Müdafiə Nazirliyinin dəstəyi ilə 1970-ci illərdən ordunun istifadə etdiyi “EE-11 Urutu” və “EE-9 Cascavel” zirehli maşınlarını əvəz etmək üçün başladılıb. Hazırda “Guarani” Cənubi Amerikada istehsal olunan qabaqcıl zirehli personal daşıyıcı hesab edilir.
Sevinc Əliyeva
Ordu.az