Ordu.az xəbər verir ki, bunu Ermənistan Sosioloji Assosiasiyasının sədri Gevorq Poğosyan deyib.
Poğosyan inteqrasiyanın üzləşdiyi problemləri obyektiv şəkildə tanımağa və AİB ölkələrinin gənclərinin getməməsi üçün nə etmək lazım olduğunu düşünməyə çağırıb.
“Problem onları inteqrasiya layihələrimizə cəlb etməkdir. Bunun üçün sıçrayış, kreativ ideyalar, yeni platformalar lazımdır. Problemli məsələləri, gəncləri maraqlandıran mövzuları qaldırmalı, inteqrasiya prosesinə mane olan çətinliklərdən danışmalıyıq. İnteqrasiya gedir, lakin yavaş gedir”, - deyə o qeyd edib.
Erməni ekspert bildirib ki, Ermənistanda çoxlu analitik mərkəzlər var və onların əksəriyyətini Qərb maliyyələşdirir, gənclərin Qərbə üz tutması isə başa düşüləndir.
Alpər Mövludoğlu
Ordu.az