“Bizi Suriyaya çevirdilər, döyüşlər Ermənistan ərazisində baş verə bilər” - Hakobyan

2023/01/df45g-1674897004.jpg
Oxunub: 549     16:12     28 Yanvar 2023    
“Aİ-nin Ermənistana missiya göndərməsi ilə bağlı Rusiya indiyədək görünməmiş sərt bəyanatla çıxış edib, bu, xəbərdarlıqdır və görünür, sonuncu xəbərdarlıqdır”.

Ordu.az xəbər verir ki, bunu erməni siyasi texnoloq Vigen Hakopyan deyib.

Onun sözlərinə görə, Dövlət Departamentinin Moskvanın bəyanatına cavab verməsi, ABŞ-ın sülhməramlılarla heç bir əlaqəsinin olmadığını, başqa məsələlərdə iştirak etməyə hazırlaşdığını bildirməsi təsadüfi deyil.

Hakopyan qeyd edib ki, bu, ABŞ-ın Rusiyanın çağırışını qəbul etdiyini göstərir.

“Ermənistan ərazisi bilavasitə geosiyasi toqquşmalar meydanına çevrilir. Ermənistan hakimiyyəti ölkəni tədricən Suriyaya çevirdi, artıq bizdən çox şey asılı ola bilməz. Döyüşlər sözün əsl mənasında Ermənistan ərazisində baş verə bilər”, - deyə Hakopyan qeyd edib.

Erməni ekspert Azərbaycanın İrandakı səfirliyində baş vermiş insidenti də xatırladıb və bölgədəki vəziyyəti partlayış təhlükəli vəziyyət adlandırıb.

“Bu, Ermənistanın yanındadır və düşünürəm ki, bu birbaşa şəkildə bizimlə bağlıdır”, - deyə erməni siyasi texnoloq yekunlaşdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hakobyan   Ermənistan   Suriya  


Bizi "telegram"da izləyin