“Əgər Ermənistan hakimiyyəti artıq Rusiya ilə əməkdaşlıq etmək istəmirsə, açıq şəkildə bildirsinlər” - Tarverdyan

2023/01/1df2g-1674896931.jpg
Oxunub: 521     16:09     28 Yanvar 2023    
“Bir halda Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanın Qarabağla, Qarabağın problemlərinin həlli ilə heç bir əlaqəyə malik olmadığını bəyan edir, başqa bir halda beynəlxalq müşahidəçiləri və faktaraşdırıcı qrupu Laçın yoluna yönəldir”.

Ordu.az xəbər verir ki, bunu “Vahid Ermənistan” partiyasının rəhbəri Yervand Tarverdyan deyib.

Onun sözlərinə görə, burada aşkar bir ziddiyyət var.

“Ermənistan vətəndaşı kimi mən Azərbaycanın qəzəblərinin dayandırılmasında və Laçın yolunun açılması məsələsinin bir an öncə həll olunmasında maraqlıyam, lakin biz hamımız dərk edirik və Baş nazir də bəyan edib ki, bu, Rusiyanın funksiyaları çərçivəsindədir. Mən özüm bəyan etmişəm ki, Laçın yolu ilə bağlı Rusiya və Azərbaycan arasında açıq ziddiyyət var. Aİ müşahidəçilərinin öz missiyalarından sonra nə etmələri barədə heç bir fikrim yoxdur. Məncə, onların heç bir səlahiyyəti yoxdur”, - deyə Tarverdyan bildirib.

Tarverdyan Rusiya Xarici İşlər Nazirliyinin “Rusiya sərhədçiləri və sülhməramlıları Aİ müşahidəçilərinin Ermənistanda görünməsinə cavab verəcəklər, yerlərdə vəziyyəti təhlil edəcəklər” bəyanatına toxunaraq qeyd edib: “Bilmirəm, bu, Rusiyadan xəbərdarlıqdır, ya yox. Ola bilsin ki, Xarici İşlər Nazirliyi diplomatik kanallarla buna aydınlıq gətirsin və tez cavab versin. Aİ müşahidəçilərinin Ermənistanda hansı missiyası olacaq və məsələn, Ermənistanın sərhədləri məsələsinin Rusiyanın sərhəd xidməti tərəfindən tənzimləndiyini bildiyimiz halda, onlar sərhəd zonasına necə daxil olacaqlar, bilmirəm. Mən də Aİ-nin müşahidə missiyasının funksiyasının nə olduğunu başa düşə bilmirəm. Əgər Ermənistan hakimiyyəti artıq Rusiya ilə əməkdaşlıq etmək istəmirsə, açıq şəkildə bildirsinlər”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya   Tarverdyan  


Bizi "telegram"da izləyin