Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşrin məlumatına görə, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Xarici İşlər Nazirliyinin ən mühüm idarələrindən biri olan Sərhəd Dövlətlər İdarəsinin koordinasiyasını özünün keçmiş müşaviri, hazırda 29 yaşlı nazir müavini Kostanyana həvalə edib.
“Söhbət Türkiyədə, Azərbaycanda və bu ölkələrin ətrafında baş verən, o cümlədən Ermənistanın maraqları ilə birbaşa bağlı olan hadisələrin öyrənilməsindən, monitorinqindən gedir və indi bu fəaliyyətləri Vahan Kostanyan əlaqələndirəcək. Həmin şöbədə qeyd olunan dövlətlərlə bağlı müxtəlif arayışlar və analitik materiallar işlənib hazırlanır və tərtib edilir. Yəni Türkiyə istiqaməti Kostanyana həvalə olunub. Yeri gəlmişkən, XİN-ə yaxın mənbələrimizdən əldə etdiyimiz məlumata görə, Mirzoyanın digər dostu, nazirliyin mətbuat katibi Vahan Hunanyan da tezliklə diplomatik işə keçəcək və onun yerinə Kostanyanla işləmiş kadrlardan biri gələcək”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az