ABŞ-da istehsal edilən DEIMOS lazer silahının ilk sınağı keçirilib

2023/01/1674895219.jpg
Oxunub: 398     16:54     28 Yanvar 2023    
ABŞ-ın “Lockheed Martin” şirkəti tərəfindən istehsal edilən DEIMOS lazer silahının ilk sınağı keçirilib.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Laboratoriyada keçirilən sınağın uğurlu olduğu bildirilir. Bu mərhələdə taktiki lazer silahının gözlənilən optik performansı təsdiqlənib.

DEIMOS qısa mənzilli hava hücumundan müdafiə (M-SHORAD) missiyaları üçün nəzərdə tutulub. Silahlar ABŞ Ordusunun “Stryker” zirehli döyüş maşınlarına inteqrasiya ediləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   DEIMOS  


Bizi "telegram"da izləyin