Çexiya L-159 təyyarələrinin modernləşdirilməsini başa çatdırıb

2023/01/1674894536.jpg
Oxunub: 421     15:27     28 Yanvar 2023    
Çexiya Hərbi Hava Qüvvələrinin inventarında olan bütün L-159 yüngül hücum təyyarəsinin modernləşdirilməsi prosesi başa çatıb.

Ordu.az xəbər verir ki, Çexiyanın “Aero Vodochody” şirkəti son təyyarəni modernləşdirərək ölkənin Hərbi Hava Qüvvələrinə təhvil verib.

2020-ci ilin sentyabrında başlayan modernləşdirmə prosesi nəticəsində 16 ədəd L-159 yüngül hücum təyyarəsi modernləşdirilib. Modernləşdirilmiş təyyarələr Çexiyanın Çaslav şəhəri yaxınlığındakı 21-ci Taktiki Hərbi Hava Qüvvələri bazasına yerləşdirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çexiya   L-159  


Bizi "telegram"da izləyin