Ordu.az xəbər verir ki, təlim Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) dəstəyi ilə baş tutub.
Təlimdə məqsəd işğaldan azad edilmiş ərazilərdə aşkarlana biləcək minalar və digər partlamamış hərbi sursatlar, onlarla davranış qaydaları, təhlükəsizlik tədbirləri, bununla əlaqədar müraciət olunacaq aidiyyəti dövlət qurumları barədə müəllimləri və şagirdləri məlumatlandırmaqdır.
Ümumilikdə 300-dən çox şagird və müəllimin iştirak etdiyi təlimdə maarifləndirici broşürlər paylanıb, praktiki məşğələlər təşkil edilib.
Qeyd edək ki, Dövlət Komitəsi mina təhlükəsinə dair maarifləndirici təlimlərin işğaldan azad edilmiş ərazilərə geri qayıdacaq sakinlər arasında mütəmadi təşkilini nəzərdə tutub.
Ordu.az