Ordu.az xəbər verir ki, bu barədə İsveç Xarici İşlər Nazirliyinin Tvitterində bildirilib.
“Mərhumun ailəsinə başsağlığı veririk və yaralananların tezliklə sağalmasını diləyirik. Diplomatik nümayəndəliklərə və onların əməkdaşlarına hücumlar qəbuledilməzdir”, - deyə qeyd olunub.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub.
Ordu.az