BMT Baş katibi Azərbaycanın İrandakı səfirliyindəki terror aktını qətiyyətlə pisləyib

2022/03/7sd7f-1648062367.jpg
Oxunub: 244     21:00     27 Yanvar 2023    
BMT Baş katibi Antoniu Quterreş Azərbaycanın İrandakı səfirliyindəki terror aktını qətiyyətlə pisləyib.

Ordu.az xəbər verir ki, bunu "Report"a BMT-nin sözçüsü Stefan Düjarrik deyib.

“İlk növbədə öldürülən hərbçinin ailəsinə və Azərbaycan xalqına başsağlığı veririk. Biz İran hakimiyyətinin dərhal araşdırma apardığını və bu istiqamətdə sürətlə hərəkət etdiyini görməkdən şadıq. Bildirmək istərdik ki, diplomatik missiyaya hücum həm də beynəlxalq hüququn açıq-aydın pozulmasıdır”, - sözçü əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMT   İran  


Bizi "telegram"da izləyin